"Aris"in (Kipr) baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə uduzaraq mübarizəni dayandırdıqları cavab matçı (0:3, ilk oyun - 2:0) barədə danışıb.
Qol.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında Bakı klubuna qarşı çıxış etməyin çətin olduğunu deyib: "Neftçi"ni təbrik edirəm və onlara uğur arzulayıram. İlk oyunun ilk hissəsində 100 faizli şanslardan yararlana bilmədik. Elə həmin oyunda biz mərhələni uduzduq. Qırmızı vərəqədən sonra heç cür oyunumuzu tapa bilmədik. Bu gün bizə daha çətin idi. Çünki "Neftçi" azarkeşləri önündə oynayırdı. İlk oyunda 2:0 hesablı qələbə qazandıqdan sonra futbolçularda arxayınlıq ola bilər. Mən isə bilirdim ki, bizə Bakıda çətin olacaq. Bəlkə də bir il gözləməli olacağıq ki, növbəti dəfə avrokuboklarda çıxış edək. Bəlkə yenidən "Neftçi" ilə qarşılaşdıq".
Mütəxəssis komandasının nümayiş etdirdiyi aqressiv oyun haqda bunları söyləyib: "Yəqin ki, siz İngiltərə futboluna da baxmısınız. Orada da bu cür futbol nümayiş etdirilir. Düzdür, Morqan Braun ikinci sarı vərəqəni alanda kobudluq etdi. Ancaq ümumilikdə bu cür futbol oynamaqda qeyri-adi bir şey görmürəm. Hesab bizdən belə oynamağı tələb edirdi".
Qeyd edək ki, "Neftçi" ilk görüşdə "Aris"ə səfərdə 0:2 hesabı ilə uduzsa da, bu gün rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün növbəti mərhələyə yüksəlib.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi