"Qarabağ"ın ev oyununa hakim təyinatları açıqlandı

"Qarabağ"ın ev oyununa hakim təyinatları açıqlandı
XƏBƏR 28 İyul 2022 / 16:49 5014
-  A +

Çempionlar Liqasının  3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki,  matçı İsveç Futbol Federasiyasından Andreas Ekberq idarə edəcək. Ona həmyerliləri Mehmet Kulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə olacaq.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner