Basketbol millimiz yarımfinalda - Avropa çempionatı

Basketbol millimiz yarımfinalda - Avropa çempionatı
XƏBƏR 28 İyul 2022 / 16:15 2696
-  A +

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki,  C divizionundakı B qrupunda yer alan millimiz sonuncu matçında Moldova ilə qarşılaşıb və 75:66 hesabı ilə qalib gəlib. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn yığmamız yarımfinala yüksəlib.
Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya - Andorra görüşünün qalibi olacaq. İyulun 30-da oynanılacaq yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Qeyd edək ki, yığma bundan əvvəl "Lüksemburq"a 75:71, Cəbəllütariqə 115:60, Ermənistana 76:65 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner