Rusiya "Rubin"in sabiq baş məşqçisi Rinat Bilyaletdinov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçından gözləntilərini bölüşüb.
Qol.az xəbər verir ki, o, "Championat"a müsahibəsində bununla bağlı deyib: “Qarabağ”ın “Sürix”i necə keçdiyi aydın deyil. İsveçrə liqası milli komanda kimi yaxşıdır. Onlar həmişə ən yüksək səviyyədədirlər. “Qarabağ”da güclü legionerlər və millinin aparıcı oyunçuları çıxış edir. Növbəti mərhələ Stanislav Çerçesov ("Ferentsvaroş"un baş məşqçisi -red) üçün daha çətin olacaq".
R.Bilyaletdinov həmyerlisi rus mütəxəssis Çerçesovu "Ferentsvaroş"un ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlməsi münasibəti ilə də təbrik edib.
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi