"Qarabağ" və Kadi bu göstəricilərdə fərqləndi

"Qarabağ" və Kadi bu göstəricilərdə fərqləndi
XƏBƏR 28 İyul 2022 / 10:11 5239
-  A +

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsindən sonra bombardirlər siyahısındakı durumu açıqlayıb.

Qol.az xəbər verir ki, ilk pilləni Norveçin “Bude-Qlimt” komandasının futbolçusu Viktor Bonifas tutur. 21 yaşlı nigeriyalı oyunçu 4 oyuna 5 qol vurub.

İkinci pillədə isə “Qarabağ”dan Kadi Borges qərarlaşıb. 26 yaşlı oyunçu 4 oyunda rəqib qapılarından 4 qol keçirib. Braziliyalı yarımmüdafiəçi həmçinin 1 qolun da ötürməsini edib.

Daha 3 oyunçu – “Ferenstvaroş”dan (Macarıstan) Adama Traore, “Ludoqorets”dən (Bolqarıstan ) Pieros Sotiriu və “Vikinqur Reykyavik”dən (İslandiya)  Kristal İnqason isə hərəyə 3 qolla 3-cü yeri bölüşdürürlər.

Əlavə edək ki, “Qarabağ” və onun ÇL-in üçüncü təsnifat mərhələsindəki rəqibi “Ferentsvaroş” (Macarıstan) ən çox vuran komandalar sırasında üçüncü yeri bölüşdürürlər. Hər iki klub  4 oyuna 10 dəfə fərqlənib. Bu siyahıda birinci-ikinci isə hərəyə 4 oyunda 12 qol vuran “Bude Qlimt”lə (Norveç) “Vikinqur Reykyavik” (İslandiya) tutur.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner