"Qarabağ"ın futbolçusu Kadi Borges də komandasının Avrokuboklardakı növbəti oyununu buraxacaq.
Qol.az xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə hazırda davam edən cavab oyunun 76-cı dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşməsidir. Bu, onun 2022/23 mövsümündəki 3-cü sarı vərəqəsi olduğu üçün futbolçu "Qarabağ"ın Çempionlar Liqasında və ya Avropa Liqasında mübarizəni davam etdirməsindən asılı olmayaraq, növbəti matçda iştirak etməyəcək.
Daha əvvəl Riçard Almeyda qarşılaşmanın 50-ci dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, hazırda 2-ci hissəsi oynanılan qarşılaşmada hesab 1:1-dir. İlk matç isə "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
* * *
"Qarabağ"ın futbolçusu Riçard Almeyda Avrokubokların növbəti oyununu buraxacaq.
Qol.az xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə hazırda davam edən cavab matçının 50-ci dəqiqəsində sarı vərəqə almasıdır. Bu, yarımmüdafiəçinin 2022/2023 mövsümündə Avrokuboklarda 3-cü sarı vərəqəsi olub və o, cəzalı duruma düşüb. Beləliklə, Riçard "Qarabağ"ın Çempionlar Liqasında və ya Avropa Liqasında mübarizəni davam etdirməsindən asılı olmayaraq, növbəti matçda iştirak etməyəcək.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan "Sürix" - "Qarabağ" görüşündə İsveçrə klubu 1:0 hesabı ilə öndədir. Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi