"Qəbələ"ni keçmək şansımız çoxdur"

"Qəbələ"ni keçmək şansımız çoxdur"
XƏBƏR 27 İyul 2022 / 21:31 1650
-  A +

"Fehervar"ın (Macarıstan) baş məşqçisi Mixael Boris Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə səfərdə keçirəcəkləri matç barədə danışıb. 

Qol.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında sabahkı qarşılaşmada aqressiv çıxış etməli olduqlarını deyib: "Sabahkı oyuna da rəqibin yüksək intensivliklə başlayacağını gözləyirik. Amma biz də eyni sürət və aqressivliklə çıxış etməliyik. İlk oyunda rəqib bizim arxadan oyun qurmağımıza imkan vermirdi. "Qəbələ"nin fiziki cəhətdən hazırlıqlı oyunçuları var, ona görə də biz aqressivliyimizi qorumalıyıq".

Mütəxəssis bildirib ki, "Qəbələ"dən 3 top öndə olmaqlarına baxmayaraq, cavab matçına da ciddi yanaşırlar: "Cavab oyununa da ciddi yanaşırıq. Dəyişiklikləri sabah görəcəksiniz. Eyni zamanda bazar günü oyunumuzu da düşünməliyik. Heyətimiz genişdir, rotasiya etməliyik, Amma "Qəbələ" ilə oyun da çox önəmlidir. Çox da dəyişiklik gözləməyin. İlk oyundakı keyfiyyəti, aqressivliyi qorumalıyıq. İlk oyundan əvvəl şansların bərabər olduğunu demişdim. Amma indi bir qədər çox olduğunu deməliyəm. Amma hər şeyi nəzərə almalı və matça ciddi yanaşmalıyıq. Bu, dostluq görüşü deyil".

Çalışdırıcı oyundan sonra Qəbələdə qalaraq 1 gün məşq keçirməyi planlaşdırmaqlarının səbəbini də açıqlayıb: "Buradan Macarıstana 3 saatlıq uçuşumuz var. Yola gecə ilə çıxmamaq üçün uçuşu növbəti günə saldıq. Həm də gözəl meydançalar və gözəl şəhəri gördükdən sonra burada bir gün də qalmaq xoş olardı. Bazar günü Macarıstan çempionatında "Pakş"a qarşı zsəfərdə ilk tur matçına çıxacağıq. Ona görə də ən uyğun variant "Qəbələ" ilə matçdan sonra burada qalaraq, birbaşa növbəti oyuna yollanmaqdır".

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Fehervar" görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Macarıstan klubu 4:1 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner