"Aris"in (Kipr) baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə Bakıda keçirəcəkləri cavab matçı barədə fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında əsas məqsədlərinin sabah "Neftçi"yə qollar vurmağa imkan verməmək olduğunu deyib: “Sabahkı oyundan gözləntilərimiz böyükdür. İlk matçdakı çıxış sabahkı qarşılaşma öncəsi bizim üçün böyük motivasiyadır. Hələ ki, növbəti mərhələdən danışmırıq. Sabahkı görüşü düşünürük. Hər matç sıfırdan başlayır. İlk oyunun nəticəsi bizi aldatmamalıdır. Çünki sabah “Neftçi” doğma azarkeşləri önündə 2 qoldan çox vurmağa çalışacaq. Bizim məqsədimiz onlara bu imkanı verməməkdir. Bizi çətin oyun gözləyir. Əminəm ki, “Neftçi” sabahkı qarşılaşmaya böyük motivasiya ilə çıxacaq".
Mütəxəssis hücumçusu Matiya Şpolyariçin oyunda iştirak etməməsi barədə bunları söyləyib: "Futbolda belə şeylər olur. Hər bir məşqçi buna hazır olmalıdır. Amma əminəm ki, sabah Matiyanı əvəz edən futbolçu həmin motivasiya ilə çıxış edəcək və ən yaxşı oyununu göstərəcək. Matiyanın yoxluğu bizə çətin olacaq. Yenə də bütün futbolçularıma inanıram".
Aleksey Şpilevski konfransda “Neftçi”nin oyunu haqda danışmaq istəməyib: "Neftçi"nin oyunu haqda danışmaq düzgün olmazdı. Bu, həmkarıma qarşı hörmətsizlik olar. Öz komandamı, oyununu düşünürəm. Yalnız öz komandamın oyunu barədə danışa bilərəm".
Çalışdırıcı hələlik növbəti mərhələ barədə düşünmədiklərini, yalnız "Neftçi" ilə oyuna kökləndiklərini bildirib: "Heç vaxt bu barədə fikirləşmirəm. Yalnız sabahkı görüşü düşünürəm. Futbol tarixində elə hadisələr olub ki, hansısa komanda ilk oyunda böyükhesablı qələbəyə baxmayaraq, cavab matçında uduzaraq mübarizəni dayandırıb. Mən də yalnız sabahkı oyuna köklənmişəm. İstənilən nəticəyə hazırıq. Ancaq yenə də Bakıya mərhələ adlamaq üçün gəlmişik".
Şpilevski avrokuboklarda yaxşı oyun sərgiləməyə çalışdıqlarını deyib: “Aris”ə gəldiyim ilk gündə komandanın cəmi 10 azarkeşi var idi. Onlardan biri xərçəng xəstəliyinə tutulmuşdu. O, indi də bizimlədir, oyunlara gəlir. Artıq azarkeşlərimizin də sayı çoxalır. Hamı oyunumuzu görür. Düzdür, futbolda əsas nəticədir. Amma biz istəyirik ki, gözəl oyun sərgiləyək. Bunu avrokuboklarda da etməyə çalışırıq".
Qeyd edək ki, sabah "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Aris" görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Bakı klubu 0:2 hesabı ilə uduzub.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi