"Makkabi"nin baş məşqçisi: "Hələ işimiz bitməyib"

"Makkabi"nin baş məşqçisi: "Hələ işimiz bitməyib"
XƏBƏR 27 İyul 2022 / 19:00 1124
-  A +

"Makkabi"nin (Təl-Əviv, İsrail) baş məşqçisi Vladimir İviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə evdə keçirəcəkləri cavab matçı barədə fikirlərini bölüşüb. 

Qol.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını deyib:

"Qarşıda bizi 90 dəqiqə gözləyir. İlk oyundakı üstünlük yaratdıq, amma hələ işimiz bitməyib. Futbolda hər şey mümkündür. İlk oyundakından daha yaxşı çıxış etməliyik. Özümüzü qələbəyə kökləməliyik. Biz hər oyunda qalib gəlmək istəyən peşəkarlarıq. Hər oyun yeni bir hekayədir. Daha yaxşı oynaya bilərik. Hazırda da bunun üzərində işləyirik. Oyunumuzdakı inkişafı görmək istəyirik. Bunun üçün balansı tapmalıyıq".

Qeyd edək ki, sabah Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komandalar arasında ilk görüş "Makkabi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner