"Barselona" futbolçusu Frenkie de Yonqa ultimatum verib.
Qol.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, niderlandlı yarımmüdafiəçi ya maaş azaldılmasını qəbul etməlidir, ya da klubu tərk etməlidir.
Bundan əvvəl Kataloniya klubunun baş məşqçisi Xavi Hernandez de Yonqdan maaşının 50 faiz azaldılmasına razı olmasını istəsə də, nə futbolçu, nə də onun meneceri bunu qəbul edib.
"Mançester Yunayted" uzun müdddətdir de Yonqla maraqlanır. Amma futbolçu hesab edir ki, “Barselona”dan “qırmızı şeytanlar”a keçsə, karyerasında geriyə addım atmış olacaq.
Qeyd edək ki, de Yonqun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Yarımmüdafiəçi ötən mövsüm La Liqada 32 oyunda 3 qol vurub və 3 qolun ötürməsini verib.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək