"Neftçi" üzərində qələbə əsl bayramdır" - "Aris"in prezidenti

"Neftçi" üzərində qələbə əsl bayramdır" - "Aris"in prezidenti
XƏBƏR 27 İyul 2022 / 14:26 2408
-  A +

"Aris"in (Kipr) prezidenti və sahibi Vladimir Fyodorov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qalib gəldikləri ilk matç (2:0) barədə danışıb.

Qol.az championat.com-a istinadən xəbər verir ki, o, Bakı təmsilçisi üzərində qələbəni bayram adlandırıb:

“Neftçi” üzərində qələbə əsl bayramdır, düzgün yol seçdiyimizin təsdiqidir. Amma reallıqda bu, sadəcə olaraq irəliyə doğru bir addımdır. Biz Avropa arenasında stabil klub olmaq istəyirik”.

Qeyd edək ki, sabah "Neftçi" və "Aris" arasında 2-ci mərhələnin cavab matçı oynanılacaq. "Bakcell Arena"dakı görüş saat 21:00-da başlayacaq. Cütün qalibi 3-cü təsnifat mərhələsində Rapid (Avstriya) - Lexiya (Polşa) duelinin güclüsünə rəqib olacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner