Basketbol millimiz bu gün Ermənistanla qarşılaşacaq

Basketbol millimiz bu gün Ermənistanla qarşılaşacaq
XƏBƏR 27 İyul 2022 / 12:11 1826
-  A +

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

Qol.az xəbər verir ki, C divizionunda yer alan yığmamız B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner