“Çempionatı avqustun 13-də başlamaq çətin olacaq”

“Çempionatı avqustun 13-də başlamaq çətin olacaq”
DÜNYA FUTBOLU 25 İyul 2022 / 13:01 2489
-  A +

A seriyası bu mövsüm nəzərdə tutulan vaxtdan gec başlaya bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə A seriyasının prezidenti Lorenso Kazini məlumat verib. Buna səbəb İtaliyada havada anomal yüksək temperaturun olmasıdır.

“Çempionatı avqustun 13-də başlamaq çətin olacaq. Bu, birinci növbədə iqlimlə bağlıdır. Əgər indiki temperatur qalarsa, yarışı nəzərdə tutulan vaxtda başlaya bilməyəcəyik” – deyə o vurğulayıb.


Son xəbərlər