Azarkeşlər Pikeni fitə basdılar

Azarkeşlər Pikeni fitə basdılar
DÜNYA FUTBOLU 24 İyul 2022 / 19:40 4029
-  A +

"Barselona"nın futbolçusu Jerar Pikeni azarkeşlər ABŞ-da "Real"la yoxlama oyununda (1:0) fitə basıblar.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, ispan müdafiəçi ayrıldığı sevgilisi Şakiraya xəyanət etdiyi üçün azarkeşlər bu addımı atıblar. 62-ci dəqiqədə meydana daxil olan Pikeni azarkeşlər hər topa toxunduğu zaman fitə basıblar. Onlar bir neçə dəfə Şakiranın adını da səsləndiriblər.

Qeyd edək ki, Pike və Şakira iyunda ayrılıblar.


Son xəbərlər