Nazarovun komandası yeni mövsümə heç-heçə ilə başladı

Nazarovun komandası yeni mövsümə heç-heçə ilə başladı
XƏBƏR 24 İyul 2022 / 16:58 1819
-  A +

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" Almaniya 3-cü Bundesliqasında yeni mövsümün ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, Aue təmsilçisi 1-ci turda "Frayburq-2"nin qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

"Frayburq-2" - "Erzgebirge" - 1:1
Qollar:
Stefaniak, 3 (0:1), Sorge, 50-avtoqol (1:1)
Qırmızı vərəqə: Ezekvem, 1 ("Frayburq-2")

Millimizin üzvü sözügedən qarşılaşmada iştirak etməyib. O, qripə yoluxduğu üçün ilk oyunu buraxıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner