Sablya üzrə millimiz 6-cı oldu - Dünya çempionatı

Sablya üzrə millimiz 6-cı oldu - Dünya çempionatı
XƏBƏR 23 İyul 2022 / 16:57 985
-  A +

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub. 

Qol.az xəbər verir ki, son yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb. 

Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ seçmə kollektivinə 45:37 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Almaniya sablyaçılarına 41:45 hesabı ilə uduzub.

Komandamız ümumi sıralamada 6-cı olub. Xatırladaq ki, daha öncə Anna Başta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner