Haaland "Siti"də bu oyunda debüt edəcək

Haaland "Siti"də bu oyunda debüt edəcək
XƏBƏR 23 İyul 2022 / 16:17 2562
-  A +

"Mançester Siti"nin yeni transferi Erlinq Haalandın "şəhərlilər"də debüt edəcəyi vaxt müəyyənləşib. 

Qol.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola danışıb. O, 22 yaşlı forvardın sabah "Bavariya" ilə yoxlama oyununda meydana çıxacağını bildirib: 

"O, özünü pis hiss etməsə, yataqdan yıxılıb topuğunu sındırmasa, o zaman "Bavariya" ilə matçda oynayacaq".

Qeydedək ki, “Mançester Siti” - “Bavariya" sabah Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner