Neymar PSJ-dən ayrılacaq?

Neymar PSJ-dən ayrılacaq?
XƏBƏR 23 İyul 2022 / 15:50 3080
-  A +

PSJ-nin futbolçusu Neymar klubdan ayrılmağı düşünmür.

Qol.az xəbər verir ki, əvvəllər dəfələrlə Paris klubunun 30 yaşlı braziliyalını satmaq istəyi ilə bağlı məlumatlar yayılıb. UOL-un xəbərinə görə isə Neymar bu cür söz-söhbətlərə sakit yanaşır. O, PSJ-nin bazasına vaxtından bir həftə əvvəl gəlib və məhdudiyyətsiz məşqlərdə iştirak edir. PSJ-də kadr dəyişikliklərini nəzərə alan Neymar vəziyyətin dəyişə biləcəyini istisna etməyib. 

Bundan əlavə, braziliyalı forvard yeni baş məşqçi Kristof Qaltye ilə bir sıra söhbətlər aparıb. Onlar taktika, meydandakı mövqe və rolun dəyişdirilməsi haqqında danışıblar. Bu söhbətlərin Neymarı ruhlandırdığı qeyd olunub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner