Ronaldo "Barselona"ya keçməyəcək

Ronaldo "Barselona"ya keçməyəcək
XƏBƏR 23 İyul 2022 / 13:59 3377
-  A +

"Mançester Yunayted"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yay transfer pəncərəsində "Barselona"ya keçməyəcək.

Qol.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Kataloniya klubu 37 yaşlı hücumçunun xidmətində maraqlı deyil.

Bundan əvvəl Ronaldonun 2022/2023 mövsümündə Çempionlar Liqasında çıxış edəcək komandaya keçməyi planlaşdırdığı bildirilirdi. Hücumçunu almaq istəyənlərin arasında "Barselona", PSJ, "Atletiko" və "Çelsi" və "Bavariya"nın olduğu qeyd edilmişdi.

Qeyd edək ki, Ronaldo 2021-ci ildən "Mançester Yunayted"də oynayır. Portuqaliyalı forvard ilə klub arasında müqavilə 2023-cü ilə qədər nəzərdə tutulub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner