Alleqri: "Poqba "Yuventus"un rəmzi olacaq"

Alleqri: "Poqba "Yuventus"un rəmzi olacaq"
XƏBƏR 23 İyul 2022 / 14:40 1296
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Meksika “Qvadalaxara”sı ilə yoxlama oyunundan (2:0) sonra yeni transferləri Pol Poqbadan danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis klubun rəsmi saytına açıqlamasında 29 yaşlı yarımmüdafiəçinin komanda üçün əhəmiyyətli  olduğunu bildirib: 

"Poqba da bu oyunda yaxşı iş gördü, amma hələ qarşıda  görüləsi işlər var. O, bu komandanın rəmzlərindən biri olacaq".

Xatırladaq ki, Poqba bu oyunda meydana start heyətdə daxil olub. 

Qeyd edək ki, Poqba iyulun 11-də "Yuventus"la 4 illik müqavilə imzalayıb. O, 2012-2016-cı illərdə də "Yuventus"da oynayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner