"Real", "Barselona" və "Bavariya"dan zəng gələndə..."

"Real", "Barselona" və "Bavariya"dan zəng gələndə..."
XƏBƏR 23 İyul 2022 / 12:30 4578
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Bavariya"nın futbolçusu Robert Levandovskinin "Barselona"ya transferindən danışıb. 

Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Mühnen təmsilçisi ilə sabahkı yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib: 

“Levandovski vacib oyunçu idi. Amma komandanın ürəkləri hələ də oradadır: Noyer, Kimmix, Müller... "Real", "Barselona", "Bavariya" kimi klublardan zəng gələndə, bütün oyunçular oraya getmək istəyirlər! Digər klublar eyni transfer üçün daha çox pul ödəməlidirlər".

Xatırladaq ki, Xosep Qvardiola 2013-2016-cı illərdə "Bavariya"nın baş məşqçisi vəzifəsində çalışıb. Levandovski isə 2014-cü ildən bu komandada oynayırdı.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner