Naqelsmanndan Keyn xəbərlərinə münasibət

Naqelsmanndan Keyn xəbərlərinə münasibət
XƏBƏR 23 İyul 2022 / 09:37 1798
-  A +

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann "Tottenhem"in futbolçusu Harri Keyni transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, mütəxəssis "Bild"ə açıqlamasında bu transferin Münhen təmsilçisi üçün bahalı olduğunu deyib:

“Bu keçid çox bahadır, problem budur. Keyn parlaq oyunçudur, əslində bu mövqedə oynaya bilən iki və ya üç mərkəz hücumçusundan biridir. O, çox güclüdür, yaxşı ayaqları, yaxşı baş zərbəsi var. Bəlkə də Bundesliqada çoxlu qol vura bilər. Dəqiq qiyməti bilmirəm, amma "Bavariya" üçün çox çətindir. Gəlin görək, gələcəkdə nə olacaq. Maraqlı səslənir...".

Qeyd edək ki, Keyn 2011-ci ildən "Tottenhem"də oynayır. Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir. Onun transfer qiyməti 90 milyon avro məbləğində dəyərləndirilir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner