Ronaldo Lissabonda xəbər gözləyir

Ronaldo Lissabonda xəbər gözləyir
XƏBƏR 23 İyul 2022 / 09:00 3911
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Qol.az "Football Daily"ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu hazırda Portuqaliyanın Lissabon şəhərində yaşayır və burada meneceri Xorxe Mendeşdən göstəriş gözləyir. Mendeş Ronaldo üçün yeni klub tapmağa çalışır.

Daha əvvəl portuqaliyalı oyunçunun Çempionlar Liqasında çıxış edəcək komandaya keçmək istədiyi bildirilirdi. Ronaldoya PSJ, "Atletiko" və "Çelsi" maraq göstərirdi, lakin sonradan klublar forvardı almaq fikrindən imtina ediblər. Kriştianonun özü "Mançester Yunayted"dən ayrılmaq üçün maaşını 30 faiz azaltmağa hazırdır.

Qeyd edək ki, Ronaldo 2021-ci ildən "Mançester Yunayted"də oynayır. Onun klubla 2023-cü ilə qədər müqaviləsi var.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner