Mahir bu oyunu da buraxacaq

Mahir bu oyunu da buraxacaq
XƏBƏR 22 İyul 2022 / 19:48 2803
-  A +

Azərbaycan millisinin "Dinamo"da oynayan üzvü Mahir Emreli Zaqreb təmsilçisinin Xorvatiya çempionatının 2-ci turunda keçiriləcək "Slaven Belupo" ilə matçını da buraxacaq. 

Qol.az sportklub.hr-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Cacic danışıb. O, bildirib ki, Yosip Sutal, Kevin Teofil-Katerin ilə yanaşı, Mahir Emreli, Marko Bulat və Bosko Sutalo zədə səbəbindən oyunda iştirak etməyəcəklər.

Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Qeyd edək ki, Mahir Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkupi" ilə (Şimali Makedoniya) ilk oyunu (2:2) da buraxmışdı.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner