Nazim Süleymanovun qazandığı kubok itib

Nazim Süleymanovun qazandığı kubok itib
XƏBƏR 22 İyul 2022 / 15:38 3744
-  A +

Rusiyanın "Alanya" klubunun 1995-ci ildə qazandığı çempionluq kuboku itib.

Qol.az "Sport Express"ə istinadən xəbər verir ki, artıq 3 ildir ki, kubok axtarılır.

Kubokun komandanın sabiq baş məşqçisi Valeri Qazzayevdə olduğu ehtimal edilsə də, o, bundan xəbərsiz olduğunu deyib. Bundan sonra kubokun itdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü Nazim Süleymanov "Alanya"nın 1995-ci ildə çempion olan heyətində yer alıb. O, 1991 - 1996-cı illərdə bu klubda çıxış edib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner