“Beşiktaş”dan İtaliya klubuna keçdi

“Beşiktaş”dan İtaliya klubuna keçdi
XƏBƏR 21 İyul 2022 / 19:35 3427
-  A +

Türkiyə millisinin hücumçusu Güven Yalçın “Beşiktaş”dan ayrılıb.

Qol.az xəbər verir ki, 23 yaşlı futbolçu İtaliyanın “Cenoa” klubuna keçib.

Bu barədə B seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gənc forvard yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, İstanbul təmsilçisindən azad agent kimi ayrıldığı üçün, “Cenoa” “Beşiktaş”a təzminat ödəməyəcək.
 
Qeyd edək ki, Güven Yalçın 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, 2021-ci ildə İtaliyanın “Leççe” klubuna icarəyə də verilmişdi.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner