Mahir Emrelidən sevindirici xəbər

Mahir Emrelidən sevindirici xəbər
XƏBƏR 21 İyul 2022 / 10:35 10529
-  A +

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya çempionatının 2-ci turunda keçiriləcək "Slaven Belupo" ilə matçda oynaya biləcək.

Xatırladaq ki, M.Emreli zədə səbəbindən Xorvatiya Superkubokunu, Xorvatiya çempionatının ilk oyununu və Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşünü buraxıb.

Qeyd edək ki, iyulun 23-ü keçiriləcək "Sloven Belupo" - "Dinamo" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner