"Neftçi" belaruslu hücumçu transfer etdi

"Neftçi" belaruslu hücumçu transfer etdi
XƏBƏR 20 İyul 2022 / 19:51 4936
-  A +

“Neftçi” növbəti hücumçu transferini reallaşdırıb. 

Qol.az klubun saytına istinadən  xəbər verir ki, belaruslu futbolçu Yeqor Boqomolski tibbi baxışdan keçdikdən sonra onunla 3 il müddətinə müqavilə imzalanıb. 22 yaşlı forvard komandanın heyətində 77 nömrəli formanı geyinəcək.

Yeqor Boqomolski Belarusun “Dinamo Minsk” (2019), “Dinamo Brest” (2019-2020), “Rux” (2020-2021) və “Minsk” (2021-2022) klublarında çıxış edib, 2019-cu ildə “Dinamo Brest”in heyətində ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner