"Makkabi"nin futbolçusu: "Bura qələbə üçün gəlmişik"

"Makkabi"nin futbolçusu: "Bura qələbə üçün gəlmişik"
XƏBƏR 20 İyul 2022 / 19:38 2430
-  A +

İsrail "Makkabi"sinin (Təl-Əviv) futbolçusu Şeran Yeyni sabah Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Zirə"yə qarşı keçirəcəkləri ilk matç öncəsi açıqlama verib.

Qol.az xəbər verir ki, 36 yaşlı müdafiəçi oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib: "Üçüncü dəfə Azərbaycana gəlirəm. Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək . Bura qələbə qazanmaq üçün gəlmişik. Hər oyunda qələbə qazanmaq istəyirik. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Azərbaycanda keçirdiyim əvvəlki görüşlərdə qələbə qazana bilməmişdim. 0:0 və 1:1 hesabı qeydə alınmışdı".

Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner