İsrail "Makkabi"sinin (Təl-Əviv) baş məşqçisi Vladimir İviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə ilk oyun öncəsi mətbuat konfransı keçirib.
- Oyundan əvvəl sizi narahat edən əsas məqam nədir?
- Hər oyundan qabaq olduğu kimi bir çox məsələ haqda düşünürəm. Əsas məqsəd oyuna yaxşı hazırlaşmaqdır. İlk matçda sərfəli nəticə qazanmaq istəyirik.
- "Zirə" sizin üçün necə komandadır? PAOK-da baş məşqçi olanda "Qarabağ"a qarşı oyunlarınız olub. Həmin matçlar yadınızda necə qalıb? Həmin vaxtı "Qarabağ"ın kapitanı indi "Zirə"nin baş məşqçisidir...
- "Zirə" haqda danışmaq istəyərdim. Keçmişə çox da köklənmək istəmirəm. Bizi maraqlandıran bu gün və sabahdır. "Zirə" ötən mövsüm çempionatda 3-cü yeri tutub. Hiss olunur ki, təşkilatlanmış komandadır. Rəqibi yaxşı analiz etmişik. Ürəklə oynayırlar, yaxşı gücləri var. Yaxşı hazırlaşmışıq. 90-95 dəqiqə ərzində lazımi nəticəni istəyirik.
- Rəşad Sadıqov sizin "Makkabi Netanya" ilə matçınızı canlı izləmişdi. Bəs, siz "Zirə" haqda hansı məlumatı toplamısınız?
- Bir rəsmi oyun keçirmişik. Xəbərim yox idi ki, rəqibin baş məşqçisi oyundadır. Stadiondan izləyibsə, oyunda bəzi şeyləri görə bilərdi. Biz də digər komandalar kimi hazırlıq mərhələsini yeni bitirmişik. Mövsümün əvvəlidir. Hər məşqçi ideal sistemini, start heyətini müəyyənləşdirməyə çalışır. O ki qaldı, bu, rəqibin bizim oyunumuzu izləməyinə, baxır, informasiyadan necə istifadə edirsən. Biz də "Zirə"ni təhlil etmişik. Ötən mövsüm bu komanda ikinci yerdən cəmi 3 xal geridə qalıb. Həmçinin kubokun finalında oynayıblar.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı