"Sürix" Bakıya yeni səfər formalarını gətirə bilməyib

"Sürix" Bakıya yeni səfər formalarını gətirə bilməyib
XƏBƏR 20 İyul 2022 / 11:24 2684
-  A +

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ötən gün "Qarabağ"la qarşılaşan "Sürix" Bakıya səfərdən əvvəl problemlə üzləşib.

Qol.az İsveçrə klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda yeni səfər formalarını "Qarabağ"la oyun üçün gətirə bilməyib.

Klub səfər formalarının çatdırılması ilə bağlı problem yaşadığından, xüsusi qara formalardan istifadə etməli olub.Klubun açıqlamasında bildirilib ki, bu formalar yalnız dünənki matçda istifadə olunub və satışa çıxmayacaq.

Xatırladaq ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner