Los Anceles-2028 Yay Olimpiya Oyunlarının vaxtı dəqiqləşdi

Los Anceles-2028 Yay Olimpiya Oyunlarının vaxtı dəqiqləşdi
XƏBƏR 19 İyul 2022 / 11:13 1700
-  A +

2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının dəqiq vaxtı açıqlanıb.

Qol.az 2028-ci il Olimpiya Oyunlarının Təşkilat Komitəsinin saytına istinadən xəbər verir ki, açılış mərasimi 2028-ci il iyulun 14-nə planlaşdırılıb. Olimpiada 2028-ci il iyulun 30-dək davam edəcək. Paralimpiya Oyunları 2028-ci il avqustun 15-də başlayacaq və 2028-ci il avqustun 27-də başa çatacaq.

Los-Ancelesdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında 15 min idmançının iştirak edəcəyi gözlənilir.

Los-Anceles tarixində üçüncü dəfə Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Yarış əvvəllər 1932 və 1984-cü illərdə bu şəhərdə keçirilib.
 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner