"Barselona" bu gün Levandovskinin transferini açıqlayacaq

"Barselona" bu gün Levandovskinin transferini açıqlayacaq
XƏBƏR 19 İyul 2022 / 01:00 1845
-  A +

"Barselona"nın "Bavariya"dan aldığı Robert Levandovskinin keçidini rəsmən açıqlayacağı vaxt məlum olub.

Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Əvvəlcə bunun bazar ertəsi elan edilməsi planlaşdırılsa da, təqdimat bir gün təxirə salınmalı olub.

33 yaşlı hücumçu dünən axşam saatlarında Kataloniya təmsilçisinin yeni mövsümə hazırlaşdığı Mayamiyə gəlib və tibbi müayinədən keçib. Klub yoxlama aparıldıqdan sonra onunla müqavilə bağlamaq istəyib və bütün lazımi prosedurlar onları təqdimatı başqa günə keçirməyə məcbur edib. "Barselona" ona görə də polşalının transferini bu gün açıqlayacaq.

"Bavariya"nın bombardiri üçün 45+5 milyon avro qazanacağı bildirilib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner