"Qəbələ" sabah Macarıstana gedir

"Qəbələ" sabah Macarıstana gedir
XƏBƏR 18 İyul 2022 / 22:55 1419
-  A +

2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

Qol.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” qonşu ölkənin Bolu şəhərində təşkil olunan hazırlıq prosesinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. 

Baş məşqçi Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları icra ediblər. 

“Qəbələ” sabah səhər saatlarında baş tutacaq hazırlıq prosesi ilə Boludakı təlim-məşq toplanışını başa vuracaq. Ardınca komanda UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la ilk oyununun keçiriləcəyi Macarıstana yollanacaq. Bu görüş iyulun 21-də olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner