"Qarabağ"ın zəif nöqtələrini bilirik" - "Sürix"in futbolçusu

"Qarabağ"ın zəif nöqtələrini bilirik" - "Sürix"in futbolçusu
XƏBƏR 18 İyul 2022 / 17:58 7661
-  A +

"Sürix"in (İsveçrə) futbolçusu Mirlind Kryeziu sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçirəcəkləri matç barədə fikirlərini bölüşüb. 

Qol.az xəbə verir ki, 25 yaşlı müdafiəçi oyundan əvvəl təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin zəif cəhətlərini bildiklərini söyləyib:

"Qarabağ"ın son iki oyununu izləmişik. Topla oynamağı sevirlər. "Qarabağ"ın zəif cəhətlərini bilirik. Rəqib topsuz da pressinq edə bilir".

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner