Mahirin komandasının mümkün rəqibləri bilindi - Çempionlar Liqası

Mahirin komandasının mümkün rəqibləri bilindi - Çempionlar Liqası
XƏBƏR 18 İyul 2022 / 14:28 5269
-  A +

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bilinib.

2-ci təsnifat mərhələsində "Qarabağ" - "Sürix" (İsveçrə) cütünün qalibi növbəti mərhələdə "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Püşkatmada millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubunun da potensial rəqibləri müəyyənləşib. Zaqreb təmsilçisi Şimali Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırsa, "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Çempionlar Yolu

"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan) - "Apollon" (Limassol, Kipr)

"Qarabağ" (Azərbaycan) / "Sürix" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)

"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)

"Maribor" (Sloveniya) / "Şerif" (Moldova) cütünün qalibi - HİK (Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)

"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç) - "Jalgiris" (Litva) / "Malmö" (İsveç)

"Srvena Zvezda" (Serbiya) - "Pünik" (Ermənistan) / "Düdelanj" (Lüksemburq)

Liqa yolu

"Monako" - PSV (Niderland)

"Dinamo" (Kiyev, Ukrayna) / "Fənərbağça" (Türkiyə) - "Şturm" (Qrats, Avstriya)

"Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)

"Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) / AEK (Larnaka, Kipr)

Qeyd edək ki, 3-cü mərhələnin ilk oyunları 2-3 avqustda, cavab qarşılaşmaları isə 9 avqustda olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner