"Qarabağ" yeni transferi üçün nə qədər təzminat ödəyib?

"Qarabağ" yeni transferi üçün nə qədər təzminat ödəyib?
XƏBƏR 18 İyul 2022 / 09:53 7769
-  A +

"Qarabağ"ın yeni transferi Julio Romao üçün Portuqaliya "Santa Klara"ya ödədiyi təzminat məbləği müəyyənləşib.

Qol.az  Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 24 yaşlı yarımmüdafiəçi üçün  200-300 min avro arası məbləğ ödəyib.

“Açoriano Oriental” saytı isə bu tranafer üçün “Qarabağ”ın 350 min avro təzminat ödədiyini yazıb.

Xatırladaq ki, dünən “Qarabağ” Portuqaliyanın “Santa Klara” klubundan Julio Romaonu transfer etdiyini açıqlayıb. 
Braziliyalı dayaq yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Julio Romao yeni komandasında 6 nömrəli formanı geyinəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner