Krivotsyukun komandasından böyükhesablı qələbə

Krivotsyukun komandasından böyükhesablı qələbə
XƏBƏR 17 İyul 2022 / 23:00 3054
-  A +

Azərbaycan millisini üzvü Anton Krivotsyukun oynadığı "Visla" Polşa çempionatında yeni mövsümün ilk matçına çıxıb.

Qol.az xəbər verir ki, Plotsk təmsilçisi 1-ci turda "Lexiya" (Qdansk) ilə qarşılaşıb. Krivotsyukun komandası 3:0 hesabı ilə qalib gəlib.

​Millimizin üzvü bu matçda meydana çıxmayıb və ehtiyat oyunçular arasında qalıb.

Polşa çempionatı, 1-ci tur

"Visla" (Plotsk) - "Lexiya" (Qdansk) - 3:0.

Qollar: Sekulski, 43, Davo, 77, Kosila, 90+1

"Kazimierz Qorski" stadionu.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner