Renat qol ötürməsi verdi, komandası qalib gəldi

Renat qol ötürməsi verdi, komandası qalib gəldi
XƏBƏR 17 İyul 2022 / 21:17 3326
-  A +

Azərbaycan millisinin və "Qrasshopper"in futbolçusu Renat Dadaşov İsveçrə təmsilçisində debüt edib.

Qol.az xəbər verir ki, 23 yaşlı hücumçu Almaniyanın 3-cü liqasında ötən mövsümü 20-ci pillədə başa vuran “Veen” ilə yoxlama oyununda meydana çıxıb. Görüş Dadaşovun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Renat meydana 46-cı dəqiqədə daxil olub. O, elə həmin dəqiqədə komanda yoldaşı Hayao Kavabenin vurduğu qolun ötürməsini verib.

Qeyd edək ki, Renat iyulun 9-da "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb.

Yoxlama oyunu

"Veen" (Almaniya) - "Qrasshopper" (İsveçrə) - 3:2

Qollar: Qustav Nilsson, 5, Kianz Froese, 88 - Ciotto Morandi, 36, Hayao Kavabe, 46, Peter Puşiç, 75.

"Brita Arena", Almaniya.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner