İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək

İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək
XƏBƏR 17 İyul 2022 / 12:21 6858
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix”in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.

Qol.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə "Sürix"in səfər matçına gedə bilməyəcək.

Kanera bununla əlaqədar deyib: “Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm”.

Qeyd edək ki, “Qarabağ” – “Sürix” oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner