"Qarabağ"ın rəqibindən ağır məğlubiyyət

"Qarabağ"ın rəqibindən ağır məğlubiyyət
XƏBƏR 16 İyul 2022 / 22:16 9432
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi İsveçrə "Sürix"i ölkə Superliqasının yeni mövsümündə ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda səfərdə "Yanq Boyz"la qarşılaşıb. "Sürix" 0:4 hesabı ilə uduzub. Komanda bütün qolları ikinci hissədə buraxıb. 62-ci dəqiqədə Fassanacht, 77-ci dəqiqədə İtten, 81-ci dəqiqədə Rieder, 85-ci dəqiqədə isə Kanqa fərqlənib.

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner