Avropa çempionatına ev sahibliyi Moskvadan alınaraq Bakıya verildi

Avropa çempionatına ev sahibliyi Moskvadan alınaraq Bakıya verildi
XƏBƏR 16 İyul 2022 / 14:23 2462
-  A +

Bədii gimnastika üzrə 2023-cü il Avropa çempionatı nəzərdə tutulduğu kimi Moskvada yox, Bakıda keçiriləcək.

Qol.az xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb. Mart ayının əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FİG) Ukraynadakı müharibə ilə əlaqədar Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

Ona görə də Avropa çempionatı 17-23 may tarixlərində Bakıda təşkil olunacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner