Levandovski komanda yoldaşları ilə vidalaşdı

Levandovski komanda yoldaşları ilə vidalaşdı
XƏBƏR 16 İyul 2022 / 12:19 4809
-  A +

“Bavariya”nın futbolçusu Robert Levandovski klubdan ayrılmağa 1 addım da yaxınlaşıb.

Qol.az xəbər verir ki, 33 yaşlı forvard öz şkafını boşaltmaq və komanda yoldaşları ilə vidalaşmaq üçün Münhen klubunun bazasına gəlib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bundan əvvəl Levandovskinin yaxın vaxtlarda "Bavariya"dan "Barselona"ya keçəcəyi bildirilib. Tərəflər polşalı hücumçunun transferi üçün bütün şərtlərdə razılaşıblar. Onun ayrılığının yaxında rəsmən açıqlanacağı qeyd olunub.  Bundan əlavə, bildirilir ki, Levandovski Kataloniya klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayacaq. Transfer qiyməti 50 milyon avro olacaq.

Qyed eədk ki, polşalı forvard geridə qalan mövsüm 46 matçında 50 qol vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner