“Liverpul”a nifrət edirəm”

“Liverpul”a nifrət edirəm”
XƏBƏR 16 İyul 2022 / 00:40 7066
-  A +

"Mançester Yunayted"in futbolçusu Markus Reşford İngiltərə Premyer Liqasının digər klublarına münasibətindən danışıb. 

Qol.az xəbər verir ki, 24 yaşlı forvard “The Shop”a açıqlamasında “Liverpul”a nifrət etdiyini deyib:

“Mən "Liverpul"a nifrət edirəm. Aydındır ki, “Mançester Siti” də belədir. Lakin “Liverpul”un tarixi var. Şəhərə nifrət etmək üçün xüsusi səbəb yoxdur. Amma təbii ki, ümumilikdə onları da sevmirəm. “Old Trafford”da oynamaq mənə çox xoşdur, burada xüsusi atmosfer var. Heç bir stadion “Old Traford”la müqayisə oluna bilməz. Eyni zamanda, səfər matçlarında iştirak edən azarkeşlərimizə böyük hörmətim var. Onlar “Old Trafforddan” kənarda da bizə əla dəstək göstərirlər”.

Qeyd edək ki, Reşford 2015-ci ildən “Mançester Yunayted”də oynayır. O, İngiltərə millisinin də üzvüdür. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner