"Qarabağ"ın rəqibi 2 futbolçusunu icarəyə verdi

"Qarabağ"ın rəqibi 2 futbolçusunu icarəyə verdi
XƏBƏR 15 İyul 2022 / 13:18 1834
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi İsveçrə "Sürix"i iki futbolçusunu icarəyə verib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi Silvan Vallner və 20 yaşlı yarımmüdafiəçi Nils Rayxmut karyeralarını yerli "Vil"də davam etdirəcəklər. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb. 

"Sürix" Rayxmutu göndərməzdən əvvəl onun sözləşməsini 2025-ci ilədək uzadıb.

Qeyd edək ki, "Qarabağ"la "Sürix" arasında ilk matçı iyulun 19-da Toffiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab oyunu isə iyulun 27-si İsveçrədə olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner