"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşer həmyerlisi Erlinq Haalandın "Mançester Siti"yə transfer olmasına görə futbolçuya mesaj yazıb.
Qol.az "Manchester Evening News"a istinadən xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu özü açıqlama verib. Norveçli oyunçu bildirib ki, Sulşer ona "Mançesterin səhv tərəfinə getdin" - deyə ismarıc yollayıb:
"Mən "Mançester Siti" ilə razılaşanda Sulşer məni təbrik etdi. O, "Mançesterin yanlış tərəfinə getdiyin üçün sənə uğurlar" - deyə mesaj yazdı. Arabir Sulşerlə danışırıq. Mən "Molde"də oynayanda Sulşer baş məşqçimiz idi. Onun karyerama böyük təsiri olub. "Molde"yə 16 yaşlı bir uşaq kimi gələndə Sulşer ilk gündən etibarən mənə çox şey öyrətdi".
Qeyd edək ki, Haaland "şəhərlilər"ə Dortmund "Borussiya"sından keçib. Tərəflər iyunun 13-də 5 illik müqavilə imzalayıblar. Futbolçunun Norveç "Molde"sində oynadığı vaxtlar isə 2017-2019-cu illərə təsadüf edib.
Xatırladaq ki, Sulşer 2011-2014, 2015-2018-ci illərdə "Molde"ni çalışdırıb. O, 2018-2021-ci illərdə "Mançester Yunayted"in baş məşqçisi olub.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə