"Zirə"nin rəqibi mübarizəni dayandırdı

"Zirə"nin rəqibi mübarizəni dayandırdı
XƏBƏR 15 İyul 2022 / 00:16 3594
-  A +

“Zirə”nin  Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi "Makkabi" (Tel-Əviv)  “Kubok Toto” yarışının pley-offunda Netanya "Makkabi"si ilə qarşılaşıb.

Qol.az xəbər verir ki, matçın əsas vaxtında qapılara qol vurulmayıb.Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan  Netanya "Makkabi"si penaltilərdə 5:4 qalib gələrək növbəti mərhələyə yüksəlib. Tel-Əviv "Makkabi"si isə turnirlə vidalaşıb.

Qeyd edək ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov köməkçisi Eltun Yaqublu ilə birlikdə matçı stadiondan canlı izləyib.

Xatırladaq ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Tel-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner