Rəşad Sadıqov “Makkabi”nin oyununda - Şəkil

Rəşad Sadıqov “Makkabi”nin oyununda - Şəkil
XƏBƏR 14 İyul 2022 / 21:44 4772
-  A +

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibləri olan "Makkabi"nin (Tel-Əviv)  “Kubok Toto” yarışının pley-offunda hazırda davam edən Netanya "Makkabi"si ilə oyununu canlı izləyir.

Qol.az xəbər verir ki, o,  köməkçisi Eltun Yaqublu ilə birlikdə matça stadiondan baxır.

Qeyd edək ki, hazırda birinci hissəsi başa çatmaq üzrə olan görüşdə hesab açılmayıb.

Xatırladaq ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq.


Son xəbərlər