Mahir sabahkı rəsmi oyunu da buraxacaq - Açıqlama

Mahir sabahkı rəsmi oyunu da buraxacaq - Açıqlama
XƏBƏR 14 İyul 2022 / 21:36 5165
-  A +

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli Xorvatiya çempionatında yeni mövsümün ilk turunu buraxacaq.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ante Çaçiç məlumat verib. O, zədədən bərpa prosesini keçən Mahirlə yanaşı, Boşko Şutalo, Antonio Marin, Marko Bulat, Amer Qoyakın hazırda ikinci komanda ilə məşq etdiyini söyləyib. 

Mütəxəssis 25 yaşlı azərbaycanlı hücumçunun çempionatın ilk turunda sabah "Lokomotiva"ya qarşı oynamayacağını deyib: "Ötən mövsüm "Dinamo"dan 7 xal alan komandaya qarşı bizi çempionatın startı gözləyir. Bu o deməkdir ki, oyun bizim diqqətimizdədir. Təbii ki, çempionata üç xalla başlamaq üçün hər şeyi etmək istəyirik. Biz istənilən məqsədə çatmaqdan ötrü 90 dəqiqə yaxşı çıxış etməliyik. Komandada kifayət qədər oyunçu var, lakin indi zədəli Mahir Emreli, Bosko Sutal, Marko Bulata şans verə bilmərik".

Qeyd edək ki, M.Emreli zədə səbəbindən Xorvatiya Superkuboku uğrunda "Hayduk"la görüşü də (0:0, penaltilər seriyası - 4:1) buraxmışdı.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner