"Heç kimdən qorxmuruq" - Filip Ozobiç

"Heç kimdən qorxmuruq" - Filip Ozobiç
XƏBƏR 14 İyul 2022 / 18:26 5123
-  A +

"Püşkatma bizi rahatlaşdırmır. Qalib olsaq da, ilk mərhələdə ən çətin rəqiblərdən Polşa çempionu ilə qarşılaşdıq. İkinci mərhələdə isə "Sürix"lə üz-üzə gələcəyik. “Lex” yaxşı komandadır, amma iki oyunda biz nə qədər yaxşı olduğumuzu göstərdik. 5:1 hesabı əla nəticədir. 20-ci saniyədə qapımızda qol görsək də, planlaşdırdığımız kimi oynadıq. Daha çox qol vura bilərdik. İlk matçda 0:1 hesabı ilə məğlub olsaq da,  daha güclü olduğumuzu görmüşdük".

Qol.az xəbər verir ki, bu  sözləri "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"ə 5:1 hesabı ilə cavab görüşü barədə ölkəsinin mətbuatına danışarkən deyib.

"Onların yaxşı oyunçuları var, amma oyuna nəzarət edən biz idik. Nəzərə çarpacaq dərəcədə keyfiyyətli oyun nümayiş etdirdik. Tofiq Bəhramov adına Respublika Stadionu demək olar ki, dolu idi, otuz min nəfər bizi alqışlayırdı. Atmosfer çox yaxşı idi, azarkeşlər gördüklərindən razı qaldılar. Biz oyunçulara gəlincə, böyük bayram olmadı, restoranda şam yeməyi yedik və yatdıq" - deyə o bildirib.

30 yaşlı yarımmüdafiəçi heç kimdən qorxmadıqlarını vurğulayıb: "Yaxşı futbol göstərmək istəyirik və özümüzə inanırıq. "Sürix"lə hələ görüşməmişik. Amma aydındır ki, kim düşsə, onu da məğlub etməliyik".

O, millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi Xorvatiya "Dinamo"su (Zaqreb) ı ilə qarşılaşmaq ehtimalından danışıb: "Dinamo"ya qarşı oynamaqdan məmnun olardım. Amma bu, Çempionlar Liqasının qrup mərhələsində olsaydı, daha yaxşı olardı. Onlara qarşı oynamaq maraqlıdır. "Dinamo" hər il yaxşı nəticələr əldə edir. Bizimlə qarşılaşsalar, şübhəsiz ki, favorit olacaqlar. Amma bu barədə danışmayaq".

Gələn ilin yayı klubla müqaviləsi  başa çatacaq Ozobiç gələcəyi ilə bağlı danışmağın tez olduğuu deyib: "Hələlik sağlamam və qalan hər şey tədricən gələcək. "Böyük beşlik"də özümü sınamaq istərdim, amma "Qarabağ" mənim üçün əladır. Bir ildən sonra nələrin olacağını demək hələlik tezdir".

Futbolçu bildirib ki, bu mövsüm üçün minimum planları  UEFA-nın istənilən turnirlərindən birinin qrup mərhələsinə vəsiqə qazanmaqdır: "Aydındır ki, bu turnirin Çempionlar Liqasının olmasını istərdik. Mən "Qarabağ"a gələnə qədər klub Çempionlar Liqasının qrup mərhələsində bir mövsüm oynayıb. Rəqiblər “Roma”, “Çelsi” və “Atletiko” idi. Komanda Madrid təmsilçisi ilə iki heç-heçə edib. Özüm də 18 yaşımda ikən əvvəllər Rusiya "Spartak"ında ikən Çempionlar Liqasında oynamışam.  Amma arzumu komandanın əsas oyunçularından biri kimi həyata keçirmək istəyirəm".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner